MSK partiya nümayəndəsinin səlahiyyətinə xitam verdi

  12 Yanvar 2020    Oxunub : 2317
MSK partiya nümayəndəsinin səlahiyyətinə xitam verdi
Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən siyasi partiyalardan birinin nümayəndəsinin səlahiyyətinə xitam verilib.
Azvision.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndəsinin səlahiyyətinə xitam verilməsi ilə bağlı Vəhdət Partiyasının müraciətinə baxılıb.

İclasda Vəhdət Partiyasının səlahiyyətli nümayəndəsinin səlahiyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki