MSK: 1047 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

  12 Yanvar 2020    Oxunub : 2918
 MSK: 1047 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 namizəd müraciət edib.
Azvision.az -ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. Onun sözlərinə görə, 1047 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

“299 nəfər 19 siyasi partiya, 11 nəfər təşəbbüs qrupları tərəfindən, 1461 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb. Onlardan 2358 nəfərin namizədliyi artıq təsdiq olunub, 2247 nəfər imza vərəqələrini alıb, onlardan 1772 nəfəri imza vərəqlərini qaytarıb. 1047 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 480 nəfər 28 siyasi partiyanın üzvləridir", - deyə MSK sədri bildirib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki