Keçmiş məhkum Quba sakinini bıçaqlayıb

Keçmiş məhkum Quba sakinini bıçaqlayıb
  13 Yanvar 2020    Oxunub:2089
Quba rayonu Digah kənd sakini Coşqun Həsənbəyovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a bildirilib ki, məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən Bakı şəhər sakini, əvvəllər narkotik maddələrin satışı ilə məşğul olduğu üçün həbs olunmuş 44 yaşlı Rəşad Aydəmirov saxlanılıb.

O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, C.Həsənbəyova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Azvision.az



Teqlər: DİN   Quba  





Xəbər lenti