Yol polisləri yeni formada xidmətə başladı

  13 Yanvar 2020    Oxunub : 2455
 Yol polisləri yeni formada xidmətə başladı
Bu gündən etibarən Yol Patrul Xidmətinin (YPX) əməkdaşları yeni geyim formasında xidmətə başlayıblar.
Azvision.az xəbər verir ki, yeni uniformalar Bakı şəhərində xidmət aparan Yol Patrul Xidməti əməkdaşlarına təqdim edilib.

Yeni formanın yaxın günlərdə respublika üzrə bütün yol polislərinə verilməsi gözlənilir.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Yolpolisi   Forma