Hansı rayonlara nə qədər qar yağıb? - Faktiki hava

  Hansı rayonlara nə qədər qar yağıb? -  Faktiki hava
  13 Yanvar 2020    Oxunub:5325
Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava haqqında məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, yanvarın 13-də ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib, əksər rayonlarda yağış, Naxçıvan Muxtar Respublikası, Yuxarı Qarabağ və Böyük Qafqazın bəzi yerlərində isə qar yağıb.
Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 8, Sarıbaşda (Qax) 7, Daşkəsəndə 6, Xınalıq, Qırızda 5, Şahbuzda 4, Sədərəkdə 3, Naxçıvan, Altıağac, Ordubad, Şərurda 2, Qusar, Xaltan, Gədəbəydə 1 sm-ə çatıb.

Havanın minimal temperaturu dağlıq ərazilərdə 3-7, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta təşkil edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Qar  





Xəbər lenti