Miqrasiya Könüllülərinin “Könüllülər ili” üçün nəzərdə tutulmuş Tədbirlər Planı təsdiqləndi

 Miqrasiya Könüllülərinin “Könüllülər ili” üçün nəzərdə tutulmuş Tədbirlər Planı təsdiqləndi
  13 Yanvar 2020    Oxunub:3821
Dövlət Miqrasiya Xidmətinin rəisi,III dərəcəli miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2020-ci il "Könüllülər ili"elan elan edilməsi ilə əlaqədar Miqrasiya Könüllüsü İctimai Birliyinin idarə heyəti ilə görüşüb.
Qurumdan Azvision.az -a verilən məlumata görə, ötən il Miqrasiya könülləri tərəfindən həyata keçirilmiş uğurlu layihələri yüksək qiymətləndirən Xidmət rəisi, cari ildə də gənclərin fəaliyyətini diqqətdə saxlayacağını, onlara dəstək olacağını bildirib.

Vüsal Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllü gənclərin fəaliyyətinə verilən ən yüksək dəyərdir. Ölkə başçısının sərəncamı son dövrlərdə genişlənən könüllülük hərəkatlarının işinə güclü təkan verəcək.



Görüşdə gənclərin şəxsi inkişafına,dünyagörüşünün artırılması və asudə vaxtının səmərəli keçirilməsinə yönəlik müxtəlif mövzuları özündə birləşdirən layihələr ətrafında geniş müzakirələr aparılıb. Tədbirdə "Miqrasiya Könüllüsü" ictimai birliyinin bu il üçün nəzərdə tutulmuş tədbirlər planı təsdiq olunub.

Sonda Vüsal Hüseynov Miqrasiya Könüllülərinə fəaliyyətlərində uğurlar arzulayıb və bu il Miqrasiya Könüllülərinin fərqli layihələrlə daha böyük uğurlar qazanacağına əminliyini ifadə edib.



Qeyd edək ki, tədbirlər planına əsasən tezliklə Miqrasiya Könüllüləri tərəfindən “Hüquq və gənc hüquqşünaslar” layihəsi həyata keçiriləcək. Bu sahə üzrə bilik və təcrübəsini artırmaq istəyən gənclərin sənəd qəbulunun elanı veriləcək.

Azvision.az



Teqlər: DMX   Miqrasiya   Könüllülər-İli  





Xəbər lenti