Xatirənin Novxanı yolu ilə bağlı şikayətinə rəsmi cavab

   Xatirənin Novxanı yolu ilə bağlı şikayətinə  rəsmi cavab
  13 Yanvar 2020    Oxunub:20752
Müğənni Xatirə İslam Novxanı qəsəbəsi ərazisində aparılan qazıntı işlərindən sonra yolların bərbad hala düşməsindən şikayətlənib. Yolun 7 aydır pis vəziyyətdə olduğunu deyən müğənni aidiyyatı qurumlara müraciət edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı Azvision.az -a açıqlamasında bildirib ki, qəsəbəbdaxili yollar, həmçinin Xatirə İslamın qeyd etdiyi yol təmsil etdiyi qurumun balansında deyil.

A.Nəcəfinin sözlərinə görə, yolun indiyədək hansı vəziyyətdə olması ilə əlaqədar icra hakimiyyəti və bələdiyyələr cavab verə bilər:

“Lakin Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra 2019-cu ildən etibarən qəsəbədaxili yolların təmiri Agentlik olaraq bizə tapşırılıb. Sərəncamlara uyğun olaraq işlər həyata keçirilir. O cümlədən Novxanı qəsəbəsi üzrə də müəyyən işlərin həyata keçirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, Bakı şəhərini əhatə edən qəsəbəbədaxili yollarının təmirinin 2023-cü ilədək başa çatması planlaşdırılır”.

A.Nəcəfli 2019-cu il ərzində qəsəbədaxili yolların təmiri istiqamətində xeyli iş görüldüyünü qeyd edib: “2019-cu ildə Bakı şəhərində 200 km-ə yaxın sırf qsəbədaxili küçə və yollarda təmir işləri aparılıb. Ümumilikdə, Bakı şəhərində təmir olunan yollar 300 km-dir. Təmir olunan qəsəbədaxili yollar Bakı şəhərinin bütün rayonlarını əhatə edib. Novxanı qəsəbəsində keçən il Hacı Zeynalabdin Tağıyev, Mircəlala Paşayev küçələri təmir olunub. Binəqədi rayonu üzrə ümumilikdə keçən il 26, 8 km uzunluqda küçə və yolda təmir işləri görülüb. Bu il də işlərin davam etdirilməsi nəzərdə tutulub”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Xatirə-İslam  





Xəbər lenti