Heydər Əliyev prospektində maksimal sürət həddi azaldılır

   Heydər Əliyev prospektində maksimal sürət həddi azaldılır
  13 Yanvar 2020    Oxunub:2672
Paytaxtın Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, bununla əlaqədar digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənəcək.
Bakı Nəqliyyat Agentliyinin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib.

"17.01.2020-ci il tarixində sürət hədlərinin endirilməsi təmin olunacaq. Buna qədər isə zəruri texniki məsələlər həll olunacaq. Sürücülərimizdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edirik", - deyə məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: BNA   Yol  





Xəbər lenti