Bakıda şagirdi döyən müəllim işdən çıxarıldı
Bu hərəkətlərə son qoyması üçün rəhbərlik tərəfindən bir neçə dəfə ona şifahi xəbərdarlıq edilib. “Müəllimlərin etik davranış qaydaları”nın və Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərini kobud şəkildə pozduğuna görə 2019-cu ilin oktyabrında İ.Cəfərova töhmət verilib.
"Təəssüflər olsun ki, İ.Cəfərov bütün bunlardan düzgün nəticə çıxarmamış və müəllim adına uyğun olmayan hərəkətlərini davam etdirmişdir. 19 dekabr 2019-cu il tarixdə dərs zamanı VI sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) İ.Cəfərov tərəfindən döyülüb. Bununla bağlı şagirdin valideyni Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib, uşaq tibbi ekspertizaya göndərilib. Sabunçu Rayon Prokurorluğunda və Sabunçu rayon 13-cü Polis Bölməsində İ.Cəfərovun əməlləri ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Əminik ki, kollektivin birgə səyi ilə tezliklə məktəbdəki əvvəlki səmərəli təhsil mühiti bərpa olunacaq", - deyə məlumatda qeyd olunub.
Aytən Zəhra
Azvision.az