Azərbaycanın dağ çayları tədqiq olunur

  13 Yanvar 2020    Oxunub : 1406
Azərbaycanın dağ çayları tədqiq olunur
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanın dağ çaylarının sülb axımı tədqiq olunur və hesablama metodikası hazırlanır.
İnstitutdan Azvision.az -a verilən məlumata görə, ilkin mərhələdə Naxçıvan dağ çaylarının sülb axımı tədqiq olunub. Müəyyən edilib ki, su sərfi üzərində aparılmış müşahidələrin davamiyyəti eyni olmayıb və 4-68 il arasında dəyişir. Tədqiqatlara əsasən çay məntəqələri seçilib. Belə çay məntəqələrinə Naxçıvançay-Qarababa, Cəhriçay-Payız, Əlincəçay-Ərəfsə, Gilançay-Başdizə, Ordubadçay-Nüsnüs aiddir.

Azvision.az

Teqlər: Çay   İnstitut