Pulsuz hüquqi yardım edəcək vəkillərlə görüş keçirilib

  13 Yanvar 2020    Oxunub : 1732
Pulsuz hüquqi yardım edəcək vəkillərlə görüş keçirilib
Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində Bakı şəhərində fəaliyyət göstərən və dövlət hesabına hüquqi yardımı həyata keçirmək üçün müraciət etmiş vəkillər və büro rəhbərləri ilə görüşlər keçirilib.
Vəkillər Kollegiyasından Azvision.az -a verilən məlumata görə, çoxsaylı vəkillərin iştirakı ilə keçirilən görüşlər zamanı vəkillər Hüquqi Yardım və Tədris Mərkəzin iş şəraiti, fəaliyyəti ilə yaxından tanış olub və dövlət hesabına həyata keçirilən hüquqi yardımla bağlı bir çox məsələlərlə əlaqədar olaraq müzakirələr aparılıb.

O cümlədən görüş zamanı Hüquqi Yardım və Tədris Mərkəzinin rəhbəri, Vəkillərin İnitizam Komissiyasının sədri Şahmar Məmmədov tərəfindən Rəyasət Heyəti tərəfindən qəbul edilmiş “Dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkillərə ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə” təlimat və “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi haqqında“ Qaydalarla edilmiş dəyişikliklər barədə geniş məlumat verilib, bununla əlaqədar fikir mübadiləsi aparılaraq vəkillərin fikir və təklifləri dinlənilib.

Qeyd olunmalıdır ki, analoji görüşlər növbəti həftələrdə davam etdiriləckdir.

Yanvar 8-10-da keçirilən görüşlərdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Azər Quliyev, Hüquqi Yardım və Tədris Mərkəzin əməkdaşları - Gülşən Salmanova, Bəylər Məmişov və Ələsgər Hüseynli də iştirak ediblər.

Azvision.az

Teqlər: Vəkil