İlham Əliyev Xorvatiyanın yeni Prezidentini təbrik edib

İlham Əliyev Xorvatiyanın yeni Prezidentini təbrik edib
  13 Yanvar 2020    Oxunub:3256
Prezident İlham Əliyev Xorvatiyanın yeni seçilmiş Prezidenti Zoran Milanoviçə təbrik məktubu göndərib.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Milanoviç, Xorvatiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Xorvatiya arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".

Azvision.az


Teqlər: Prezident   İlhamƏliyev  





Xəbər lenti