Dövlət bayrağı ilə bağlı qaydalarda dəyişiklik edildi

Dövlət bayrağı ilə bağlı qaydalarda dəyişiklik edildi
  14 Yanvar 2020    Oxunub:2729
Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nın təsdiq edilməsi barədə qərarında dəyişiklik edib.
Azvision.az -ın məlumatına görə, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən, Azərbaycan Respublikasının Dövlət Himninin mütləq ifa edildiyi hallar “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunu ilə müəyyən ediləcək.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Dövlət   Bayraq   Qayda  





Xəbər lenti