Gömrükdə 2 tondan çox narkotik dövriyyədən çıxarılıb

Gömrükdə 2 tondan çox narkotik dövriyyədən çıxarılıb
  14 Yanvar 2020    Oxunub:2257
"Sahibkarlarımıza 4 milyondan artıq elektron xidmət göstərilib, bunun sayına və həcminə görə komitənin xidmətləri ilk yerlərdə dayanır. Ümumiyyətlə, qaçaqmalçılıqla mübarizə sahəsində aparılan işlər 2019-cu ildə də böyük nəticələrin əldə edilməsinə səbəb olub".
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə deyib.

Komitə sədri bildirib ki, qaçaqmalçılıqla bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə genişləndirilib və 13 min 443 hüquqpozma faktı aşkar edilib:

"Onlardan 866-sı cinayət xarakterli faktlar olub ki, bunun da əksəriyyətini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar təşkil edib. Xüsusilə də tərəfimizdən 2 tondan çox narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb. 2019-cu ildə qaçaqmalçılıq yolu ilə gətirilərkən tutulan malların ümumi dəyəri 300 milyon dollardan artıq olub".

Azvision.az


Teqlər: Gömrük   Komitə   Sədr  





Xəbər lenti