“Üç min nəfər işdən kənarlaşdırıldı, yeniləri cəlb edildi” - Nazir
Nazir bildirib ki, işə götürülmüş bütün şəxslərə dair məlumatlar onlayn portalda yerləşdirilir: "Bu da ictimai açıqlığı xeyli təmin etdi. Ümumilikdə qeyd edim ki, 38 min iş yerinə 2019-cu ildə 47 min şəxs götürülüb. Yəni, bu, o deməkdir ki, il ərzində də ciddi təmizlənmə olub, əlavə 9 min nəfərlik də təmizlənmə olub. Bütün icra hakimiyyəti orqanları ilə ciddi müzakirələr aparmışıq və cari ilin yanvar ayından etibarən bütün siyahıların yenilənməsi və onların təqdim edilməsini istəmişik. Çünki bəzi hallarda obyektiv səbəblər də meydana çıxır. İnsanlar müəyyən qədər işlədikdən sonra bəzi ictimai işlərdə işləmək istəmirlər. İşə gəlməyənlər, məhdud gələnlər və ya yeni iş yeri tapanlar da olur. Ümumilikdə bu sahədəki neqativlərin hər biri araşdırılır və haqqında müvafiq tədbir görülməsi üçün həm hüquq mühafizə orqanlarına, həm də aidiyyəti orqanlara təqdimatlar verilir. Xüsusi olaraq vurğulayım ki, onlayn portalda bütün siyahıların açıqlanmasından sonra bu istiqamətdə xeyli irəliləyişlərimiz var".
Azvision.az
Teqlər: Əməknaziri SahilBabayev