“Üç min nəfər işdən kənarlaşdırıldı, yeniləri cəlb edildi” - Nazir

  14 Yanvar 2020    Oxunub : 2883
“Üç min nəfər işdən kənarlaşdırıldı, yeniləri cəlb edildi” - Nazir
"Biz ötən ilin ortalarından etibarən monitorinqlərə başladıq və monitorinqlər çərçivəsində təqribən üç min şəxs işlərdən kənarlaşdırıldı, yeni şəxslər cəlb edildi. Ardınca ikinci bir təşəbbüs olaraq Sizə ictimai açıqlığın təmin edilməsini məruzə etdik və Sizin razılığınızla müvafiq portal yaratdıq. İctimai işlərə cəlb edilən bütün şəxslər hər rayon üzrə ictimaiyyətə tam şəkildə açıqlanır".
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə deyib.

Nazir bildirib ki, işə götürülmüş bütün şəxslərə dair məlumatlar onlayn portalda yerləşdirilir: "Bu da ictimai açıqlığı xeyli təmin etdi. Ümumilikdə qeyd edim ki, 38 min iş yerinə 2019-cu ildə 47 min şəxs götürülüb. Yəni, bu, o deməkdir ki, il ərzində də ciddi təmizlənmə olub, əlavə 9 min nəfərlik də təmizlənmə olub. Bütün icra hakimiyyəti orqanları ilə ciddi müzakirələr aparmışıq və cari ilin yanvar ayından etibarən bütün siyahıların yenilənməsi və onların təqdim edilməsini istəmişik. Çünki bəzi hallarda obyektiv səbəblər də meydana çıxır. İnsanlar müəyyən qədər işlədikdən sonra bəzi ictimai işlərdə işləmək istəmirlər. İşə gəlməyənlər, məhdud gələnlər və ya yeni iş yeri tapanlar da olur. Ümumilikdə bu sahədəki neqativlərin hər biri araşdırılır və haqqında müvafiq tədbir görülməsi üçün həm hüquq mühafizə orqanlarına, həm də aidiyyəti orqanlara təqdimatlar verilir. Xüsusi olaraq vurğulayım ki, onlayn portalda bütün siyahıların açıqlanmasından sonra bu istiqamətdə xeyli irəliləyişlərimiz var".

Azvision.az

Teqlər: Əməknaziri   SahilBabayev