Narkoloji Mərkəzə yeni baş direktor təyin edilib

  14 Yanvar 2020    Oxunub : 1968
 Narkoloji Mərkəzə yeni baş direktor təyin edilib
Səhiyyə Naziri Oqtay Şirəliyevin 14.01.2020-ci il tarixli əmrinə əsasən Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səhiyyə Nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

Azvision.az

Teqlər: Səhiyyə