Bakı polisi: Bəxtiyar Hacıyevi təhdid edən şəxs saxlanılıb

  14 Yanvar 2020    Oxunub : 2483
 Bakı polisi: Bəxtiyar Hacıyevi təhdid edən şəxs saxlanılıb
"Bəxtiyar Hacıyevin sosial şəbəkələrdə təhdid olunması ilə bağlı müraciəti əsasında tərəfimizdən araşdırma aparılıb".
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı, Turan Elmar İsmayıl oğlu kimi təqdim edən 1989-cu il təvəllüdlü, Suraxanı rayonunda qeydiyyatda olan Elman Bağırov müəyyən olunaraq saxlanılıb.

Müəyyən olunub ki, E.Bağırov Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olub.

Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

Azvision.az

Teqlər: BŞBPİ