TƏBİB 10 yaşlı məktəblinin ölümü ilə bağlı məlumat yaydı

TƏBİB 10 yaşlı məktəblinin ölümü ilə bağlı məlumat yaydı
  14 Yanvar 2020    Oxunub:2411
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Balakəndə 10 yaşlı məktəblinin ölümü ilə bağlı məlumat yayıb.
TƏBİB-dən Azvision.az -a bildirilib ki, yanvarın 11-də saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib. Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

12.01.2020 tarixində saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib. Uşaq valideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: TƏBİB  





Xəbər lenti