Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin iclasında - FOTOLAR

  14 Yanvar 2020    Oxunub : 1684
Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin iclasında - FOTOLAR
Yanvarın 14-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun Mənzil Qərargahında NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən iclasında iştirak edib.
Azvision.az -a verilən məlumata görə, iclasda təlim, dəstək və məsləhət üzrə NATO-nun başçılığı altında aparılan “Qətiyyətli Dəstək” missiyasının cari vəziyyətinə dair müzakirələr aparılıb və missiyanın gələcək inkişafı üzrə müvafiq qərarlar qəbul edilib.







Azvision.az

Teqlər: NəcməddinSadıkov   NATO