Məscidə silahlı hücum edildi: 5 ölü, 11 yaralı

  14 Yanvar 2020    Oxunub : 2201
Məscidə silahlı hücum edildi: 5 ölü, 11 yaralı
Yəmənin Abyan əyalətinin Lurd rayonunda yerləşən məscidlərindən birində silahlı insident baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, məscidə daxil olan naməlum şəxs insanlara atəş açıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Ölənlər arasında məscidin imamının da olduğu bildirilir. İnsidentin hansı səbəbdən baş verdiyi məlum deyil.

Azvision.az

Teqlər: Məscid   Hücum