İran Ukrayna təyyarəsini iki raketlə vurub - Yeni VİDEO

 İran Ukrayna təyyarəsini iki raketlə vurub -  Yeni VİDEO
  15 Yanvar 2020    Oxunub:3260
Ukraynanın “Boeing 737-800” təyyarəsinin Tehran yaxınlığında iki raketlə vurulduğu ehtimal olunur.
Azvision.az xəbər verir ki, "New York Times" hadisə ilə bağlı yeni video yayımlayıb.

Görüntülərdə əvvəlcə Ukrayna təyyarəsinə bir raket atıldığı, 30 saniyədən sonra laynerə ikinci mərmi atıldığı, ardınca təyyarənin təxminən bir dəqiqə havada qaldığı və yanaraq yerə düşdüyü görünür.

Məlumata görə, video 14 yanvar tarixində gecə saatlarında iranlı istifadəçi tərəfindən "Youtube" kanalına yerləşdirilib. Video Tehran şəhərinin kənarındakı bir binanın damına quraşdırılmış kamera vasitəsilə çəkilib.

İranın Fars agentliyi isə videonun müəllifinin İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən tutulduğunu açıqlayıb. Hakimiyyət orqanları faktla bağlı istintaq aparılacağını, nəticələri ictimaiyyətə təqdim edəcəklərini vəd ediblər.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Təyyarə  





Xəbər lenti