"Bank sahəsində 57 şəxs barəsində 22 cinayət işi başlanılıb" - Kamran Əliyev

  15 Yanvar 2020    Oxunub : 2536
 "Bank sahəsində 57 şəxs barəsində 22 cinayət işi başlanılıb" - Kamran Əliyev
Ötən il bank kartları ilə bağlı İdarəyə 1 cinayət işi daxil olub.
Azvision.az xəbər verir ki, bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, araşdırma aparılan işlərin istintaqı başa çatdırılaraq məhkəməyə göndərilib: "Ziyanın ödənilməsi tam təmin edilib və vəzifəli şəxslər məsuliyyətə cəlb edilib. Bu iş bağlanmış banklarla bağlı olub”.

Bank sahəsində 57 şəxs barəsində 22 cinayət işi başlanılıb, baxılması üçün məhkəməyə göndərilib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Korrupsiya