Miqrasiya Xidmətinin rəisi: Ötən il readmissiya ilə bağlı 480 sorğu verilib

  Miqrasiya Xidmətinin rəisi:    Ötən il readmissiya ilə bağlı 480 sorğu verilib
  15 Yanvar 2020    Oxunub:3408
Ötən il readmissiya ilə bağlı 480 sorğu verilib. Bu, 2018-ci illə müqayisədə 15 faiz (567) azalma deməkdir.
Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, ötən il 457 readmissiya olub. Bu rəqəm 2018-ci illə müqayisədə 464 olub.

Xidmət rəisi, həmçinin qeyd edib ki, 2019-cu ildə 404 əcnəbi qaçqın statusu almaq üçün müraciət edib: "Bu da 2018-ci illə müqayisədə 7 faiz artım deməkdir. Ölkədə qaçqın statusunda yaşayanların sayı ötən il 83 nəfər olub. Bunlardan 43-ü İran, 30-u Əfqanıstan, 5-i Liviya, 3-ü Pakistan, 2-si Cənubi Afrika Respublikasının vətəndaşlarıdır. 2018-ci illə müqayisədə bu rəqəmdə 6 faiz artım qeydə alınıb".

Aytən Zəhra
Azvision.az


Teqlər: Miqrasiya-Xidməti   Vüsal-Hüseynov  





Xəbər lenti