Bakıda zoomarketə basqın edənlər tutuldu - FOTO

  15 Yanvar 2020    Oxunub : 2839
 Bakıda zoomarketə basqın edənlər tutuldu - FOTO
Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən zoomarketə basqın edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, naməlum şəxslər mağazanın sahibi H.Babayevə bıçaqla xəsarət yetirərək onun cibində olan 14000 manat pulu ələ keçiriblər. Məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat tədbirləri keçirilib.



Nəticədə cinayəti törətməkdə şübhəli bilinən iki nəfər paytaxt sakini Ehtiram Əliyev və Ələsgər Əliyev qısa zamanda tutulublar. Qeyd edək ki, E.Əliyev əvvəllər həmin zoomarketdə işləyib. Hadisədən sonra hər iki şəxs Biləsuvar rayonuna qaçsa da polislər onların izinə düşə biliblər.



Faktla bağlı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi araşdırmalar davam etdirilir.

Azvision.az

Teqlər: DİN   Basqın