“Həzi Aslanov” stansiyasının eskalatoru təmir olunur

“Həzi Aslanov” stansiyasının eskalatoru təmir olunur
  15 Yanvar 2020    Oxunub:2507
"Bakı Metropoliteni" QSC-nin “Həzi Aslanov” stansiyasının “ET-5M” tipli 1 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb.
Qurumdan Azvision.az -a verilən məlumata görə, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 150 min km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.

Təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq. Eskalatorların yenidən istismara verilməsi may ayına planlaşdırılır.

Qeyd edək ki, bu eskalatorda əsaslı təmir işləri ilk dəfə aparılır.

Azvision.az


Teqlər: HəziAslanov   Eskalator  





Xəbər lenti