MSK DSK-nın qərarını ləğv edib
R.Abbasov müraciətində qeyd edib ki, Dairə Seçki Komissiyası onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib. Mərkəzi Seçki Komissiyasının ekspert qrupu araşdırıb ki, həqiqətən də Dairə Seçki Komisiyyası qərarında aidiyyatı olmayan maddələr sadalayıb. Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib. Buna görə də, Mərkəzi Seçki Komissiyası namizədin qeydə alınmasından imtina edilməsiylə bağlı DSK-nın qərarını ləğv edib.
Mərkəzi Seçki Komissiyasının üzvləri təklif ediib ki, 35 saylı seçki dairəsi xüsusi nəzarətə götürülsün.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: MSK Seçki Deputat Parlament