Komitə sədrinin müavini: “Məni başqası ilə səhv salıblar”

      Komitə sədrinin müavini:    “Məni başqası ilə səhv salıblar”
  15 Yanvar 2020    Oxunub:5078
“Azərbaycanda Səyyad deyəndə hamının yadına birinci Səyyad Aran düşür. Ancaq dünən mətbuatda qonşusunun haqqında şikayət etdiyi adam mən deyiləm”.

Bunu Azvision.az -a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran (Səyyad Salahlı) deyib.
O, bildirib ki, adı çəkilən şəxs Milli Məclisin Səyyad adlı keçmiş işçisi olub: “Həmin şəxs tamamilə başqa adamdır. Qətiyyən mən deyiləm. Mən heç vaxt belə işlərlə məşğul olmamışam və olmaram. Əvvəllər iki dəfə belə hadisə başıma gəlib. Bir dəfə Səyyad Ağbabalı ilə üz-üzə gəlmişəm. Məni onunla səhv salmışdılar. İndi də başqa Səyyadla məni səhv salıblar. İctimaiyyətin diqqətinə çatdırmaq istərdim ki, bu məsələdə yanlışlığa yol verilib”.

Qeyd edək ki, yerli KİV-də yayılan məlumatda Səyyad Aranın mənzilini hostel kimi əcnəbilərə icarəyə verdiyi, bu səbəbdən qonşusunun ondan şikayətçi olduğu bildirilirdi.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Səyyad-Aran  





Xəbər lenti