Dövlət Arxivində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Dövlət Arxivində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
  15 Yanvar 2020    Oxunub:2868
Yanvarın 15-də Azərbaycan Dövlət Arxivində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə sərgi açılıb.
Azvision.az xəbər verir ki, sərgi Dövlət Arxivi və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Arxivi İdarəsinin direktoru Emin Sərdarov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktor müavini, tarix elmləri üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, tarixçi-alim Fəzail İbrahimli, ehtiyatda olan general - leytenant Yaşar Aydəmirov və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi çıxış ediblər.

Sərgidə Azərbaycan İstiqlal Muzeyinin fondlarında saxlanılan faciəni əks etdirən fotoşəkillər, eləcə də kinorejissor, ssenarist, Əməkdar incəsənət xadimi Ziya Şıxlınskinin müəllifi olduğu “Dua” filmi nümayiş etdirilib.

Azvision.az



Teqlər: Şəhid  





Xəbər lenti