Bakıda ağır qəza - Ölən var

Bakıda ağır qəza -    Ölən var
  16 Yanvar 2020    Oxunub:4056
Bakı şəhərinin Sabunçu rayonunda “Moskviç” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1972-ci il təvəllüdlü Məmmədov Namiq Əliməmməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti