Bakıda 22 küçə sənətçisi qeydiyyatdan keçib - Aralarında canlı heykəl də var

  Bakıda 22 küçə sənətçisi qeydiyyatdan keçib -    Aralarında canlı heykəl də var
  16 Yanvar 2020    Oxunub:6702
Küçə sənətçisi kimi qeydiyyatdan keçmiş bütün şəxslərə vəsiqələr təqdim olunub və onlar artıq şəhərin mərkəzi küçələrində çıxış edirlər.

Bunu Azvision.az -a açıqlamasında Bakı Turizm İnformasiya Mərkəzinin (BTİM) direktoru Rüfət Bağırov bildirib. O bildirib ki, bu günə olan məlumata əsasən 22 nəfər küçə sənətçisi qeydiyyatdan keçib.
"Bunların içərisində musiqiçilər, rəqqaslar, rəssamlar və bir neçə nəfər isə canlı heykəl var. Küçə sənətçiləri üçün ayrılan yerlərin sayının artırılması hələlik nəzərdə tutulmur. Çünki yetərli qədər say yoxdur. Bu günə qədər bizə müraciət edən şəxslər təqdim olunan yerlərə kifayət edir. Əgər müraciət edənlərin sayının çox olduğunu görsək, yenidən dövlət qurumlarına müraciət edib, əlavə yerləri xahiş edəcəyik".

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm   Küçə-Sənətçiləri  





Xəbər lenti