“İTV-də ödənişli efir vaxtının qiyməti normaldır” - MTRŞ sədri

“İTV-də ödənişli efir vaxtının qiyməti normaldır” -    MTRŞ sədri
  16 Yanvar 2020    Oxunub:4446
"Seçki prosesində medianın rolu qanunvericiliklə tənzimlənir. Azərbaycanda özəl TV və radio kanalları təşviqatda iştirak edə bilməz".

Azvision.az xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli "Seçkinin mediada işıqlandırılması" mövzusunda keçirilən informasiya sessiyasında çıxışı zamanı deyib.
N.Məhərrəmli bildirib ki, seçkilər dövründə İctimai TV seçkiqabağı təşviqat mərhələsində əsas KİV-lərdən birinə çevrilir:

"İTV seçkiqabağı təşviqatı ödənişli və ödənişsiz yolla həyata keçirir. Pulsuz efir vaxtı həftədə 3 saatdan az olmayaraq həyata keçirilir. Pulsuz efir vaxtı 60 dairədə namizədi qeydiyyata alınmış partiya və bloklara aiddir. Medianın üzərinə qoyulan tələb odur ki, hər hansı bir namizədə üstünlük verməsin, bütün namizədlərə bərabər şərat yaratsın. Ödənişli efir vaxtı pulsuz efir vaxtndan iki dəfə çox olmalıdır. Bəzən qiymətlərin yüksək olduğunu qeyd edirlər. İTV tərəfindən müəyyən edilən ödənişli efir vaxtının bir saniyəsinin minimum 22 manat, maksimum 65 manat olması normal qiymətdir və mövcud reklam şərtlərinə uyğun hesablanıb”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MTRŞ   Sədr  





Xəbər lenti