“Sosial maliyyə təminatı olmadan dayanıqlı inkişaf ola bilməz” - Nazir

  “Sosial maliyyə təminatı olmadan dayanıqlı inkişaf ola bilməz” -    Nazir
  16 Yanvar 2020    Oxunub:3429
Bu gün Azərbaycan MDB məkanında minimum pensiya göstəricisinə görə 1-ci yerdə, minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə isə 2-ci yerdədir.
Azvision.az xəbər verir ki, bunu BMT ilə Azərbaycan arasında tərəfdaşlığın növbəti beşilliyi üçün prioritet sahələrin müəyyənləşdirilməsi məqsədilə keçirilən konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, ölkədə minimum pensiya və əməkhaqqı artılıb, vaxtı keçən kreditlərlə bağlı müəyyən addımlar atılıb, müxtəlif növ pensiya və müavinətlərin təyinatı elektronlaşdırılıb.

Onun sözlərinə görə, sosial maliyyə təminatı olmadan dayanıqlı inkişaf və ya əksinə dayanıqlı inkişaf olmadan sosial maliyyə təminatı ola bilməz.

Azərbaycan hökumətinin Prezidentin təşəbbüsü ilə sosial sahədə böyük islahatlar apardığını deyən nazir əlavə edib ki, ölkədə minimum əməhhaqqı 92 faiz, minumum pensiya 72 faiz, bütüm müavinətlər isə 100 faiz artırılıb. Bundan əlavə, devalivasiyadan zərərçəkən borcluların vaxtı keçmiş kreditlərinin ödənilməsi ilə bağlı paket qəbul edilib.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti