"Baş Nazir vəzifəsində çalışmağa hazıram" - Putinin namizədi

 "Baş Nazir vəzifəsində çalışmağa hazıram" -    Putinin namizədi
  16 Yanvar 2020    Oxunub:4148
Rusiyada hökumətin sədri vəzifəsinə namizədliyi irəli sürülən Mixail Mişustin hakim “Vahid Rusiya” partiyasının nümayəndələri ilə görüşdən sonra jurnalistlərə Baş Nazir vəzifəsində çalışmağa hazır olduğunu bildirib.
Azvision.az xəbər verir ki, iclasın sonunda jurnalistələrin “Baş Nazir vəzifəsində işləməyə hazırsınızmı” sualını Mixail Mişustin “Bəli” deyərək cavablandırıb.

Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putin Federal Vergilər Xidmətinin rəhbəri Mixail Mişustinlə görüşərək ona ölkənin Baş Naziri vəzifəsini təklif edib. M.Mişustinin razılığı ilə onun namizədliyi Dövlət Dumasına təqdim olunub.

Bu gün Rusiya Dövlət Duması M.Mişustinin ölkənin Baş Naziri təyin edilməsi məsələsinə baxacaq.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti