Pulsuz parklanma ilə bağlı sürücülərə müraciət

 Pulsuz parklanma ilə bağlı sürücülərə müraciət
  16 Yanvar 2020    Oxunub:3455
Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırılır.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir.

"Bir daha sürücülərimizdən Yol Hərəkəti Haqqında Qanunun tələblərinə əməl etmələrini, parklanma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına maneə yaratmamalarını xahiş edirik. Unutmayaq ki, biz yollarda tək deyilik!".

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti