ATƏT uzunmüddətli müşahidə missiyasının siyahısını açıqladı

ATƏT uzunmüddətli müşahidə missiyasının siyahısını açıqladı
  16 Yanvar 2020    Oxunub:3327
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəsmi internet səhifəsində fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərində seçki prosesini izləyəcək uzunmüddətli müşahidə missiyasının tərkibi açıqlanıb.
Azvision.az Secki-2020.az saytına istinadla xəbər verir ki, 26 nəfərin yer aldığı siyahıda Rusiya, Türkiyə, Birləşmiş Krallıq, Fransa, Almaniya, İsveç, İsveçrə, Albaniya, Çexiya, Danimarka, İrlandiya, İtaliya, Niderland və Norveçdən nümayəndələr var.

Xatırladaq ki, ATƏT-in əsas müşahidə missiyası 12 nəfərdən ibarətdir. Seçki günü daha 350 qısa müddətli müşahidəçinin səsvermənin gedişatını izləyəcəyi bildirilir.



Azvision.az



Teqlər: Seçki   ATƏT  





Xəbər lenti