Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzi tikiləcək

  16 Yanvar 2020    Oxunub : 1909
Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzi tikiləcək
Prezident İlham Əliyev Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 8,8 milyon manat ayrılıb.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Naxçıvan   ASAN-Xidmət   Sərəncam