Ramin Quluzadə Latviya səfiri ilə görüşüb

Ramin Quluzadə Latviya səfiri ilə görüşüb
  16 Yanvar 2020    Oxunub:3145
Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Latviya Respublikasının Azərbaycandakı səfiri Dainis Qarançs ilə görüşüb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, görüşdə ölkələr arasında telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bu il Azərbaycanda keçiriləcək 26-cı "Bakutel-2020" Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində Latviya pavilyonu adı altında ölkənin innovasiya sahəsində nüfuzlu şirkətlərinin və startapların təmsil olunacağı əsas müzakirə mövzusu olub.

Eyni zamanda, hava daşımaları, dəniz və avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Azvision.az



Teqlər: NRYTN   Səfir  





Xəbər lenti