Sabah bu ərazidə işıq olmayacaq

Sabah bu ərazidə işıq olmayacaq
  16 Yanvar 2020    Oxunub:2535
Sabahdan Yasamal rayonu ərazisindəki A.Şaiq, L.Tolstoy, Ç.Mustafayev, M.Əliyev, A.Qarayev, Şahbazi küçələlərinin kəsişdiyi bəzi ərazilərdə elektrik enerjisinin təchizatı müəyyən müddətə qədər dayandırılacaq.
Bu barədə Azvision.az -a “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

O, bildirib ki, buna səbəb köhnə Sovetski adlanan ərazidə davam edən abadlıq və yenidənqurma işləri, köhnəlmiş elektrik veriliş xəttlərinin və yeraltı kabel xətlərinin (elektrik enerjisi infrastrukturunun yenidən qurulması) yenilənməsidir.

Azvision.az


Teqlər: Azərişıq   Elektrik   Yasamal  





Xəbər lenti