Prezidentin tapşırıqlarının icrası üçün Tədbirlər Planı təsdiqləndi

Prezidentin tapşırıqlarının icrası üçün Tədbirlər Planı təsdiqləndi
  16 Yanvar 2020    Oxunub:3674
Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncamla “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı” təsdiq edilib.

Sərəncamla təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulan icraçılar müvafiq tədbirlərin müəyyən olunmuş icra müddətində yerinə yetirilməsini təmin etməli və görülmüş işlər barədə Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Tədbirlər Planı ilə bağlı ətraflı məlumatı BURADAN əldə edə bilərsiniz.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti   Əli-Əsədov   Baş-Nazir   Prezident   Tədbirlər-Planı  





Xəbər lenti