“Mübariz” operasının premyerası keçiriləcək
Quruluşçu baletmeyster Əməkdar artist Ceyhun Qubadov, quruluşçu rəssam Fərid Nəcəfovdur. Tamaşada F. Əmirov adına Əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xoru (xormeyster Şəhla Ələkbərova) iştirak edəcəklər.
Yeni layihənin ideya müəllifi, Mədəniyyət kanalının direktoru Ramil Qasımov bildirib: “Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anım mərasimləri keçirilir. Azərbaycan Televiziyası Mədəniyyət kanalı da şəhidlərin əziz xatirəsini anmaq üçün “Mübariz” musiqili tamaşasını hazırlayıb. Əminik ki, bu əsər klassik musiqi sənətinə dəyərli töhfə olmaqla yanaşı, gənclərdə vətənpərvərlik ruhunun formalaşdırılmasında da mühüm rol oynayacaq. “Mübariz” tamaşası eyni zamanda şəhidlərimizin əziz xatirəsinə əbədi ehtiramın təcəssümüdür...Fürsətdən istifadə edərək,tamaşanın bütün iştirakçılarına təşəkkürümü bildirir, uğurlar arzulayıram”.
Azvision.az