Azərbaycan-Pakistan işçi qrupunun görüşü keçirilib

   Azərbaycan-Pakistan işçi qrupunun görüşü keçirilib
  17 Yanvar 2020    Oxunub:3201
Ravalpindi şəhərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəsində 9-cu görüş keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov rəhbərlik edib.



Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regional təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2020-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Görüşün yekununda protokol imzalanıb.



Azvision.az


Teqlər: Azərbaycan   Pakistan  





Xəbər lenti