Şəkidə saxta spirtli içkilər satan şəxs tutuldu

 Şəkidə saxta spirtli içkilər satan şəxs tutuldu
  18 Yanvar 2020    Oxunub:4010
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində fəaliyyət göstərən 3 kafedən ümumilikdə 62 ədəd müxtəlif adda və şüşə qablarda qablaşdırılmış, mənşəyi məlum olmayan və kustar üsulla hazırlanmış spirtli içkilər aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla həmin spirtli içkilərin Baş Göynük kənd sakini M.Alcanov tərəfindən satılması müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə M.Alcanovun yaşadığı evdən əlavə olaraq 43 ədəd müxtəlif adda və şüşə qablarda qablaşdırılmış, mənşəyi məlum olmayan və kustar üsulla hazırlanmış spirtli içkilər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti