Deputatlığa namizədlərin nəzərinə: Bu gündən hesabat verməlidirlər

  20 Yanvar 2020    Oxunub : 3475
Deputatlığa namizədlərin nəzərinə: Bu gündən hesabat verməlidirlər
Fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə qeydə alınmış namizədlərin ikinci ilkin maliyyə hesabatının təqdim edilməsinə başlanılır.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20, ən geci 10 gün qalanadək, yəni 2020-ci il yanvarın 20-dən 30-dək müvafiq seçki komissiyasına təqdim edilməlidir.

Hesabat qeydə alınmış namizəd və ya onun səlahiyyətli nümayəndəsi, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri tərəfindən təqdim edilməlidir.

Seçki Məsəlləsinin 94.3.2. maddəsinə əsasən, bu hesabata orada göstərilmiş tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Seçki   Parlament   Namizəd   Hesabat