“ASAN xidmət” mərkəzlərində 20 Yanvar şəhidləri anılıb - FOTOLAR

“ASAN xidmət” mərkəzlərində 20 Yanvar şəhidləri anılıb -  FOTOLAR
  20 Yanvar 2020    Oxunub:3516
19 yanvar 2020-ci il tarixində ASAN Könüllüləri Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.
Azvision.az xəbər verir ki, sonra Beynəxalq Muğam Mərkəzində “30 illik Qanlı Yanvar” adlı kompozisiya nümayiş olunub. Kompozisiya “ASAN Könüllüləri” Təşkilatı tərəfindən “Mədəniyyət Carçısı” proqramı çərçivəsində təşkil olunub. Həmçinin “ASAN xidmət” mərkəzlərində 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar silsilə anım tədbirləri təşkil olunub.

ASAN Könüllülərinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlər çərçivəsində 20 Yanvar hadisələrini əks etdirən guşələr təşkil olunub, məlumatlandırıcı videoçarxlar, təqdimatlar nümayiş etdirilib, regionlarda Şəhidlər Xiyabanları ziyarət olunub.



















Azvision.az



Teqlər: ASAN-Xidmət   20-Yanvar  





Xəbər lenti