İsmayıllıdakı qəzada ölən sürücünün FOTOSU

 İsmayıllıdakı qəzada ölən sürücünün    FOTOSU
  20 Yanvar 2020    Oxunub:4265
Bu gün səhər saatlarında Göyçay-İsmayıllı avtomobil yolunda ağır qəza baş verib.
Azvision.az xəbər verir ki, hadisə Kürdmaşı və Qaraməryəm kəndləri arasında yolda qeydə alınıb.

Şəki-Bakı marşrut xətti üzrə hərəkət edən "Ford Tranzit" markalı sərnişin mikroavtobusu qarşıdan gələn "VAZ 21099" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1979-cu il təvəllüdlü Kərimov Malik Neyman oğlu həlak olub, 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.





Azvision.az



Teqlər: İsmayıllı   Qəza   Maşın  





Xəbər lenti