Azərbaycan Ordusunda 20 Yanvar şəhidləri anılıb

Azərbaycan Ordusunda 20 Yanvar şəhidləri anılıb
  20 Yanvar 2020    Oxunub:2406
Müdafiə nazirinin tapşırığına əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbirlərdə bu günün tarixi əhəmiyyətindən danışılıb, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baş vermiş hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.

Anım tədbirlərində şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, müxtəlif bölgələrdəki Şəhidlər xiyabanları ziyarət edilib, sərgilərə baxılıb, ədəbi-bədii kompozisiyalar və sənədli filmlər nümayiş olunub.

Azvision.az



Teqlər: Ordu   Müdafiə-Nazirliyi   20-yanvar  





Xəbər lenti