​Siyəzəndə zəlzələ olub

​Siyəzəndə zəlzələ olub
  21 Yanvar 2020    Oxunub:2963
Yanvarın 20-də Siyəzən rayonu ərazisində maqnitudası 3.1 olan zəlzələ baş verib.
Azvision.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 20:53-də Siyəzən stansiyasından 18 kilometr cənub-şərqdə qeydə alınıb. Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Azvision.az


Teqlər: Siyəzən   Zəlzələ  





Xəbər lenti