Xırdalanda 2 küçə təmir edilib

  21 Yanvar 2020    Oxunub : 1928
Xırdalanda 2 küçə təmir edilib
Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xırdalan şəhərinin Nizami Gəncəvi və Qalubiyyə küçələrinin təmiri artıq yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, Qalubiyyə küçəsinin uzunluğu 1.1 km, eni 10 m, Nizami Gəncəvi küçəsinin uzunluğu 1.6 km, eni isə 12 m təşkil edir. Bu küçələr üzrə asfaltlanmış ərazinin sahəsi 12.5 min kv.m təşkil edir.

Növbəti mərhələdə 1.5 km uzunluğa malik Hacı Zeynalabdin Tağıyev və 1.2 km uzunluğa malik Səttar Bəhlulzadə küçələrinin əsaslı təmiri nəzərdə tutulub.

Azvision.az

Teqlər: Yol