Füzulidə raket motoru aşkarlanıb

Füzulidə raket motoru aşkarlanıb
  21 Yanvar 2020    Oxunub:2750
Yanvar 21-də saat 09:38-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, xüsusi mobil çevik əməliyyat qrupu və DİN-in Füzuli rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DİN-in Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik 9M22U raketinin motor hissəsi (boş) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin motor hissəsinin ətrafında 300 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az



Teqlər: ANAMA  





Xəbər lenti